Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraçı direktoru Azərbaycanda

post-img

Baş prokuror Kamran Əliyevin dəvəti ilə dünya prokurorlarının Beynəlxalq Prokurorlar Assosiasiyasının (IAP) İcraçı direktoru Yanne Holst Hübner ölkəmizə işgüzar səfərə gəlib.

Baş prokuror, IAP-ın vitse-prezidenti Kamran Əliyev qonağı prokurorluq orqan­larında aparılan genişmiqyaslı islahat­ların tərkib hissəsi kimi rəqəmsallaşma sahəsində görülən işlər barədə məlumat­landırıb.

Bu ilin sentyabr ayında ölkəmizin ev sahibliyi ilə keçiriləcək IAP-ın 29-cu İllik Konfrans və Ümumi Yığıncağına hazır­lıq işlərinin gedişatı və bir sıra təşkilati məsələlər müzakirə edilib.

Yanne Holst Hübner səmimi qəbula görə minnətdarlığını ifadə edərək pro­kurorluq orqanlarında həyata keçirilən islahatları yüksək qiymətləndirib.

Son xəbərlər