Erməni PUA-sı zərərsizləşdirildi

post-img

Azərbaycan Ordusunun bölmələri Ermənistanın kvadrokopterini zərərsizləşdirib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, martın 11-i saat 12:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yer­ləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Əsrik yaşayış məntəqəsi is­tiqamətindəki mövqeləri üzərində kvadro­kopter vasitəsi ilə kəşfiyyat uçuşları həya­ta keçirməyə cəhd göstərib.

"Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatı xüsu­si texniki vasitələrlə zərərsizləşdirilib", – məlumatda vurğulanıb.

XQ

Son xəbərlər