İndoneziyada təbii fəlakət nəticəsində ölənlərin sayı artır

post-img

İndoneziyanın Qərbi Sumatra əyalətində daşqın və sürüşmə qurbanlarının sayı 26 nəfərə çatıb.

XQ xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Milli Xilasetmə Əməliyyatları Mərkəzi (BNPB) məlumat yayıb.

Məlumata görə, xilasedicilər hələ də itkin düşən 11 nəfəri axtarır.

Qeyd edək ki, 80 min insan evakuasiya olunub.

Anar ƏLİ

XQ

Son xəbərlər