Silahlar təhvil verilib

post-img

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülmüşdür. Məlumatı DİN mətbuat xidməti yayıb. 

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir 
Martın 7-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 7 ədəd müxtəlif markalı tüfəng, 1 patron darağı və 9 patron aşkar edilərək götürülüb.

Həmin gün paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd avtomat silahı, 3 ədəd qumbara, 2 alışdırıcı, 9 ədəd müxtəlif markalı tüfəng, 3 patron darağı və və 644 ədəd müxtəlif çaplı patron təhvil götürülüb. 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər