Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər.
DİN mətbuat xidmətinin verdiyi məlumata görə, martın 6-da paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd avtomat silahı, 4 ədəd qumbara, 2 alışdırıcı, 6 ədəd müxtəlif markalı tüfəng, 5 patron darağı və və 802 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində də tədbirlər davam etdirilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat silahı və 2 ədəd tüfəng aşkar edilərək götürülüb.
P.ƏMİRCANOV
XQ