Axtarışda olan 168 nəfər saxlanılıb

post-img

Martın 5-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Məlumatı DİN mətbuat xidməti yayıb. 

Axtarışda olduğuna görə ümumilikdə 168, o cümlədən borclu şəxs qismində axtarışda olan 142 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər