Qanunsuz saxlanılan odlu silahlar təhvil verilib

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər. 

DİN mətbuat xidmətinin verdiyi məlumata görə, martın 5-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd avtomat silahı, 6 ədəd müxtəlif markalı tüfəng, 1 patron darağı və və 34 ədəd müxtəlif çaplı patron təhvil götürülüb. 

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində də tədbirlər davam etdirilib. Dünən polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd tapança, 4 ədəd müxtəlif markalı tüfəng, 1 patron darağı və 7 ədəd patron aşkar edilərək götürülüb.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər