“Teleqram”a aylıq baxış 1 trilyonu ötüb

post-img

Bu aydan başlayaraq “Teleqram”dakı kanalların sahibləri öz fəaliyyətləri müqabilində pul əldə edəcəklər. Belə ki, mesencer reklam biznesindən əldə etdiyi gəlirinin yarısını kanalların sahibləri ilə bölüşəcək. 

Şirkətin məlumatında qeyd edilib ki, “Telegram”­dakı kanallar hər ay, ümumilikdə, 1 trilyon baxış sayı yığırlar. Bu halda “Telegram” kanallarının sa­hibləri öz kanallarında reklam elanlarının sərgilən­məsi nəticəsində əldə edilmiş gəlirin 50 faizini əldə edə biləcəklər. 

Bildirilib ki, ödənişlər “Toncoin” vasitəsilə real­laşdırılacaq. Kanalların sahibləri “Toncoin”ləri real pula çevirə biləcəklər.

Rizvan FİKRƏTOĞLU
XQ

Son xəbərlər