FHN: Müşviqabad qəsəbəsində 2012-ci il təvəllüdlü uşaq xilas edildi

post-img

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu Müşviqabad qəsəbəsində 1 azyaşlının evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-nin mətbuat xidmətindən  bildirilib ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə pəncərədən daxil olaraq 2012-ci il təvəllüdlü S. Məhərrəmlini xilas edərək ailə üzvlərinə təhvil veriblər.

 

Son xəbərlər