Fidan Afrika ölkələrinin XİN başçıları ilə görüşüb

post-img

Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatik Forumunun son günündə Afrika ölkələrindən olan həmkarları ilə görüşüb. Məlumatı “Anadolu” verib. 

X sosial şəbəkəsində yayımlanan mesaja görə, 3-cü Antalya Diplomatik Forumunun son günündə nazir Fidan həm də Malinin, Qabonun  və Uqandanın xarici işlər nazirləri Abdoulaye Diop, Regis Onanqa Ndiaye və Odonqo Djedje Abubaker ilə ikitərəfli görüşlər keçirib.

Görüşlər zamanı tərəflər ikitərəfli münasibətləri və günün aktual məsələlərini müzakirə ediblər.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər