Xalqın etimadını qazanan lider

post-img

Seçkilərdə qalib gəlməsi xalqın sevgisinin nəticəsi idi.

Bu sözləri XQ-ə “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli bildirib.

“Türkiyə vətəndaşlarının son 22 ildə keçirilən  bütün seçkilərdə Rəcəb Tayyib Ərdoğanın  rəhbərlik etdiyi partiyaya səs verməsi o deməkdir ki, etimad doğruldulub. Xalq Rəcəb Tayyib Ərdoğanı sevir və dəstəkləyir. Rəcəb Tayyib Ərdoğanın sayəsində Türkiyə dünyada söz sahibi statusuna malikdir. Məhz onin sayəsində Rusiya və Ukrayna arasında taxıl sazişi imzalandı. Bu saziş çox önəmli idi. Saziş nəticəsində dünya əsasən də, avropa ərzaq böhranında qurtuldu. Bununla yanaşı, Rəcəb Tayyib Ərdoğanın Türk Dövlətləri Birliyinin yaranmasınıda xususi rolu var”.

Birlik sədri qeyd edib ki, Türkiyə hərb sahəsidə yeniliklərə Rəcəb Tayyib Ərdoğanın sayəsində imza atıb:

“Artıq Türkiyə öz silahının 80%-ni özü istehsal edir. Türkiyə Ordusu dünyanın ə güclü orduları siyahısında ön yerləri tutur. Bir çox ölkələr Türkiyə Ordu sistemindən nümunə götürür və öz ordusunda tətbiq edir. 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana verdiyi mənəvi dəstək, ölkə başçısı çıxışları zamanı Azərbaycanın haqq savaşını müdafiə etdi.. Azərbaycan Prezidenti cənab İlham Əliyevlə qardaşlıq münasibətləri sayəsində Türkiyə və Azərbaycan üçün  bütün sahələrdə çox böyük işlər görülüb”.

Birlik sədri qeyd edib ki, bu gün həm də Qardaş ölkən başçısnın doğum günüdür:

“Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanı 70 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, cansağılığı arzu edirəm. Qardaşlığımızın hər zaman əbədi olmasını diləyirəm”.





Son xəbərlər