Naxçıvan – Türk dünyasına açılan qapı

post-img

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “Türk dünyasına açılan Şərq Qapısı: Naxçıvan – 100” konfransının iştirakçısı olan Türk Ağsaqqalları Birliyinin rəhbər heyəti ilə görüşüb. 

Fuad Nəcəfli qonaq­lara Naxçıvanda həyata keçirilən sosial-iqtisadi inkişaf tədbirlərindən – su təminatı, energetika, infrastruktur quruculu­ğu, təhsil, səhiyyə, kənd təsərrüfatı və digər is­tiqamətlərdə reallaşdırı­lacaq çoxprofilli layihələr barədə məlumat verib. Səlahiyyətli nümayəndə bildirib ki, Naxçıvan inki­şafının yeni mərhələsini yaşayır, 2023–2027-ci illərdə sosial-iqtisadi inki­şafa dair dövlət proqramının icrası çərçivəsində muxtar respublika­da 11 prioritet sahə üzrə mühüm layihələr reallaşdırılacaq. Naxçı­van Azad İqtisadi Zonaya çevrilməklə investorların xüsusi diqqətini cəlb edəcək.

Türk Ağsaqqalları Birliyinin sədri Sudeyf İmamverdiyev, quru­mun rəhbər heyətində təmsil olunan Milli Məclisin deputatı Musa Qasımlı, Dünya Türkologiya Mərkəzinin sədri Güllü Yoloğlu, AzTV Akademiyasının rektoru Telli Pənahqızı Naxçıvanın Azərbaycan tarixində və müstəqil dövlətçiliyimizdə xüsusi yerini vurğulayaraq, muxtar diyar əhalisinə xoş günlər arzulayıblar.

XQ

Son xəbərlər