Baş prokuror Saatlıda vətəndaşları qəbul edib

post-img

Fevralın 9-da Baş prokuror Kamran Əliyev Saatlı rayon prokurorluğunun inzibati binasında Saatlı, Sabirabad, Biləsuvar, Cəbrayıl rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 86 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb.

XQ

 

Son xəbərlər