Odlu silahlar təhvil verilib

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər. Məlumatı DİN mətbuat xidməti verib.  

Fevralın 8-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 9 ədəd müxtəlif markalı tüfəng, 2 ədəd patron darağı və 74 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.

Həmin gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 ədəd müxtəlif markalı tapança, 4 ədəd tüfəng,  1 patron darağı və 24 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər