Ölkə ərazisində 38 cinayətin açılması təmin olunub

post-img

Fevralın 8-də ölkə ərazisində qeydə alınan 29, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Məlumatı DİN mətbuat xidməti verib. 

Axtarışda olduğuna görə ümumilikdə 39, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər