Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini müşahidə etmiş İordaniya parlamentinin müşahidə missiyasının rəhbəri Abdelrahim Faleh Obeidallah dünən seçkilərin ilkin yekun nəticələri ilə bağlı keçirilən mətbuat konfransında deyib. İordaniyalı parlamentar deyib ki, bir çox xalqlar seçkilərin bu cür keçirilməsini arzu edər.
Ötən gün 14 seçki məntəqəsinə baş çəkdiyini diqqətə çatdıran beynəlxalq müşahidəçi həmin məntəqələrdə seçkilərin demokratik və şəffaf şəraitdə keçirildiyinin şahidi olduğunu bildirib.
O, seçkilərin xalqın azad iradəsini ifadə etdiyini bildirib. Qeyd edib ki, heç bir məntəqədə qanun pozuntusuna rast gəlmədik: “Azərbaycan xalqı bir çox üstün mənəvi keyfiyyətlərə sahibdir. Seçkilərin də bu cür yüksək səviyyədə keçirilməsi Azərbaycan xalqına xas olan xüsusiyyətdir”.
Əliqismət BƏDƏLOV
XQ

