Fevralın 8-də Özbəkistan parlamentinin müşahidə missiyası Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin ilkin yekun nəticələri ilə bağlı mətbuat konfransı təşkil edib. Tədbirdə çıxış edən Özbəkistan Senatının komitə sədri Odiljon İminov seçki prosesini müşahidə etməyin onlar üçün faydalı olduğunu və müşahidə zamanı seçki qanunvericiliyinə zidd halın aşkarlanmadığını bildirib.
Şuşa və Xankəndi şəhərlərində yerləşən məntəqələrdə seçki prosesini izlədiklərini deyən komitə sədri qeyd edib ki, həmin məntəqələrdə seçki prosesi vaxtında başlamışdı və qutular möhürlənmişdi. Məntəqələrdə ilk dəfə səs verməyə gələn gəncləri gördük. Onlar öz gələcəklərinə səs verirdilər. Məntəqələr, həmçinin veb-kamera ilə təchiz edilmişdi. Seçkiləri işıqlandırmaq üçün media nümayəndələrinə də şərait yaradılmışdı. Seçki prosesi açıq və şəffaf şəkildə keçirildi.
Əliqismət BƏDƏLOV
XQ

