2024-cü ildə Azərbaycanda Prezident seçkiləri demokratik və ədalətli şəraitdə keçirilib. Bu barədə jurnalistlərə ASEAN Parlamentlərarası Assambleyasının komitə sədri Saniya Praseut bildirib.
O deyib ki, 2024-cü ildə Azərbaycanda keçirilən prezident seçkiləri uğurlu, azad, ədalətli olub və aktiv seçki hüququna malik 18 yaşına çatmış Azərbaycan vətəndaşlarına öz vətəndaşlıq və siyasi hüquqlarından istifadə etmək imkanı verib. Bununla yanaşı bildirib ki, seçki məntəqələri yaxşı təşkil olunmuş, seçicilərə öz seçimlərini sərbəst və tam şəkildə bildirmək imkanı yaradılmışdı. Siyasi partiyalardan olan müşahidəçilərə, yerli və beynəlxalq müşahidəçilərə bütün seçki prosesini yaxından izləmək imkanı verən şəffaf sistem mövcud idi.
Komitə sədri seçkilərin rahat və dinc şəraitdə keçirildiyini bildirib. Məntəqə bağlandıqdan sonra nümayəndə heyətinin üzvü müxtəlif seçki məntəqələrində səslərin sayılması və nəticələrin hesablanması prosesini müşahidə etməkdə iştirak edib, seçkilər açıq və şəffaf şəkildə keçirilib. Səsvermə prosesi Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun təşkil olunub və texniki cəhətdən səmərəli olub.
Əliqismət BƏDƏLOV
XQ

