“Chevrolet”i oğurlayıb “Toyota”ya vurdu

post-img

Yasamal rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “Chevrolet” markalı avtomobilin qaçırılması və idarə edilərkən “Toyota” markalı avtomobilə vurulması barədə polisə məlumat daxil olub. Xəbəri DİN mətbuat xidməti verib. 

Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin avtoyuma məntəqəsinin yuyucusu S.Əliyev saxlanılıb. 

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Şüvəlan qəsəbəsi ərazisində evlərin birindən 3400 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən T.Quliyev saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır. 

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər