Asiya Parlament Assambleyasının seçkiləri müşahidə missiyası mətbuat konfransı keçirib

post-img

Asiya Parlament Assambleyasının (APA) müşahidə missiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları ilə bağlı Bakıda mətbuat konfransı keçirib. Secki-2024.az saytının xəbərinə görə, mətbuat konfransında Asiya Parlament Assambleyasının Baş katibi Məhəmməd Rza Məcidi çıxış edib.

O bildirib ki, ötən gün (fevralın 7-də) baş tutan növbədənkənar prezident seçkilərinin yüksək səviyyədə keçirilməsinin şahidi olublar.

Türkiyənin Assambleyadakı üzvü İlyas Topsakal isə qeyd edib ki, onlar Bakıda və regionlarda müxtəlif məntəqədə müşahidələr həyata keçiriblər.

“Azərbaycanda baş tutan seçkilərin təhlükəsizlik baxımından dünyada ən yüksək səviyyədə baş tutmuş seçki prosesi olduğunu deyə bilərik. Seçki prosesini aparan texniki işçilərin də prosesə çox yaxşı səviyyədə hazırlandığını müşahidə etdik. Səslərin sayılması prosesində də iştirak etmişik. Bu prosesdə prezident İlham Əliyevin çox yüksək sayda səs qazandığının şahidi olduq. Bu, demokratiya baxımından böyük bir uğurdur” - deyə İ.Topsakal qeyd edib.

Son xəbərlər