Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova fevralın 7-də 19 saylı Nərimanov birinci seçki dairəsinin 11 saylı seçki məntəqəsində səs verib.
Məntəqədə səsvermənin gedişini beynəlxalq və yerli müşahidəçilər izləyiblər.
Səhər saatlarından etibarən 11 saylı seçki məntəqəsində də seçicilərin yüksək fəallığı müşahidə olunur. Məntəqədə 1493 seçici qeydiyyatdadır, onlardan 26 nəfəri qeydiyyatdan çıxma vərəqəsi alıb.
Qeyd edək ki, bu seçkilər ilk dəfə olaraq ölkəmizin bütün suveren ərazisində keçirilib. Seçkilərdə 7 namizəd mübarizə aparıb. Seçki prosesini 790 beynəlxalq müşahidəçi izləyib. Onlar 72 beynəlxalq təşkilatı və 89 ölkəni təmsil ediblər. Yerli müşahidəçilərin ümumi sayı isə 90 minə yaxın olub. Seçkiləri 109 beynəlxalq media qurumunun 200-dən çox təmsilçisi işıqlandırıb. Səsvermə saat 19:00-da başa çatıb.
XQ