“Biz Şuşada yüksək fəallıq müşahidə etdik”

post-img

Beynəlxalq müşahidəçi, Belarus Parlamenti Respublika Şurasının sədr müavini Valeri Belski Qarabağ regionundakı seçki məntəqələrində seçici fəallığının yüksək olmasını məmnunluqla qeyd edib.

Açıqlamasında belaruslu deputat Şuşadakı seçki məntəqəsində də olduğunu vurğulayıb. V.Belski Azərbaycana işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı planların tezliklə həyata keçirilməsini arzulayıb.

O, həmçinin Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını ən yüksək dövlət səviyyəsində əldə edilmiş razılaşmaların səmərəli icrası baxımından vacib adlandırıb.

XQ

 

Son xəbərlər