MEDİA-nın jurnalistlərin fəaliyyəti ilə bağlı açıqlaması

post-img

Növbədənkənar prezident seçkilərində jurnalistlərin sərbəst fəaliyyətinin təmin olunması ilə bağlı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən dəfələrlə açıqlamalar verilməsinə baxmayaraq, bəzi ekspertlər səviyyəsində ictimai rəyi yanlış istiqamətə yönləndirmək cəhdləri müşahidə olunmaqdadır. 

Bu barədə Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilib. 

Açıqlamada, həmçinin qeyd edilib: “Belə əsassız iddialara cavab olaraq bir daha bildiririk ki, səsvermə günü istənilən jurnalist yalnız çalışdığı media subyektinin vəsiqəsini təqdim etməklə seçki məntəqələrində peşəkar fəaliyyətini yerinə yetirə bilər, jurnalistin informasiya əldə etmək hüququ heç bir halda məhdudlaşdırılmır. 

Medianın İnkişafı Agentliyi seçki prosesini işıqlandıran media nümayəndələri ilə mütəmadi qarşılıqlı əlaqədədir və onların suallarını operativ qaydada cavablandırmaq üçün Mərkəzi Seçki Komissiyası ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir”.

Son xəbərlər