Naxçıvanda saat 19:00-dək seçici fəallığı 82.09 faiz olub

post-img

Növbədənkənar Azərbaycan Prezidenti seçkilərində Naxçıvan Muxtar Respublikası üzrə seçici fəallığı açıqlanıb. Secki-2024.az saytı xəbər verir ki, saat 19:00-a olan məlumata görə, muxtar respublika üzrə seçici fəallığı 82.09 faiz olub.

Naxçıvanda ümumillikdə 234 408 nəfər səs verib.

Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən seçki dairələri üzrə saat 19:00-a olan seçici fəallığı barədə məlumatı təqdim edir:

1 saylı Şərur-Sədərək Seçki Dairəsi üzrə: 39 572 nəfər, 82.76%

2 saylı Şərur-Kəngərli Seçki Dairəsi üzrə: 39 482 nəfər, 82.21%

3 saylı Babək-Şahbuz-Kəngərli Seçki Dairəsi üzrə: 39 217 nəfər, 82.36%

4 saylı Naxçıvan şəhər Seçki Dairəsi üzrə: 38 800 nəfər, 82.05%

5 saylı Babək-Naxçıvan-Culfa Seçki Dairəsi üzrə: 39 417 nəfər, 82.04%

6 saylı Ordubad-Culfa Seçki Dairəsi üzrə: 37 920 nəfər, 81.14%.

Son xəbərlər