Ramaz Nikolayşvili: “Bütün işlərin düzgün təşkil edildiyini gördük”

post-img

“Azərbaycanda keçirilən prezident seçkiləri yüksək səviyyədə təşkil edilmişdi”. Secki-2024.az-ın xəbərinə görə, bunu QDİƏT Parlament Məclisinin nümayəndə heyətinin üzvü Ramaz Nikolayşvili mətbuat konfransında deyib.

O qeyd edib ki, seçkilərdə təşkilati məsələləri yüksək səviyyədə təşkil etdiyi üçün Azərbaycan tərəfini təbrik edirik: “Müşahidə aparan zaman bütün işlərin düzgün təşkil edildiyini gördük. Digər bir məsələyə toxunmaq istərdim. Birinci dəfə idi ki, bu seçkilər Azərbaycanın bütün ərazilərində keçirilirdi. Odur ki, bütün Azərbaycan xalqını təbrik edirəm”.

 

Son xəbərlər