Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi MSK-da

post-img

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fevralın 6-da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqlara 7 namizədin mübarizə apardığı seçki prosesi barədə məlu­mat verən M.Pənahov ölkədə medianın müstəqil olduğunu və prosesi izləmək üçün mətbuat nümayəndələrinə lazımi şəraitin yaradıldığını bildirib. 

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyev seçkilərin şəffaf, qa­nunvericiliyin tələblərinə uyğun qaydada keçiriləcəyinə əminliyini ifadə edib.

Son xəbərlər