Moldova Azərbaycanın təcrübəsini öyrənir

post-img

Növbədənkənar prezident seçkilərini izləmək üçün Azərbaycana gələn Moldova Mərkəzi Seçki Komissiyasının sədri Anjelika Karamanın rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 6-da Mərkəzi Seçki Komissiyasında olub. 

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşdə qonaqlara ölkəmizdə seç­kilərə hazırlıq prosesi, seçicilər və müşahidəçilər üçün yaradılan şərait barədə məlumat verilib. 

Ölkəsi ilə bağlı fikirlərini bölüşən A.Karaman de­yib: “Azərbaycanın təcrübəsi bizim üçün çox vacib­dir. Moldova da nə vaxtsa bütün ərazisində seçkiləri keçirmək arzusundadır. Biz bunu çox istəyirik”. 

XQ

Son xəbərlər