“Seçki Müşahidə və Təhlil Qrupu” Koalisiyasının nümayəndələri YAP-da

post-img

Fevralın 6-da Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin monitorinqinin həyata keçirilməsi məqsədilə yaradılmış “Seçki Müşahidə və Təhlil Qrupu” Koalisiyasının nümayəndələri ilə görüşüb. 

Partiyadan bildiriblər ki, görüşdə ko­alisiyanın nümayəndələri - “Vətəndaş Cəmiyyəti Uğrunda Mərkəz” İctimai Bir­liyinin sədri Rafiq İsmayılov, “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı və “Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi” İctimai Bir­liyinin nümayəndəsi Taleh Mansurov “Seçki Müşahidə və Təhlil Qrupu” Koa­lisiyasının fəaliyyəti haqqında məlumat veriblər. Koalisiyanın seçki prosesi ilə əlaqədar aralıq hesabatının yayıldığı vurğulanıb və yekun hesabat tərtib olu­nana qədər nəzərdə tutulan tədbirlər haqqında məlumat diqqətə çatdırılıb.

Tahir Budaqov Azərbaycanda azad, şəffaf və demokratik seçkilərin keçiril­məsi üçün bütün imkanların yaradıldı­ğını diqqətə çatdırıb. Seçki kampani­yasının Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq yüksək səviyyədə həyata keçiril­diyini bildirən Tahir Budaqov prezident seçkilərinin Azərbaycanın demokratik inkişafının növbəti nümunəsi olacağına əminliyini ifadə edərək, vətəndaş cə­miyyətinin bu prosesdə fəal iştirakının önəmini diqqətə çatdırıb. 

Sonra koalisiya nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

XQ

Son xəbərlər