Hindistan və Fransa Ermənistanın müdafiə sektorunda əsas tərəfdaşlardır

post-img

Hindistan və Fransa Ermənistanın müdafiə sektorunda əsas tərəfdaşlara çevrilib. Bu barədə Ermənistanın İctimai Televiziyasına müsahibəsində ölkənin müdafiə naziri Suren Papikyan bildirib.

“Silah və texnikanın əldə edilməsinin şaxələndirilməsi prosesində biz yeni tərəfdaşlar tapmışıq və bir çox supergüclərlə əlaqələr qurmuşuq. Xüsusən də, Hindistan və Fransa müdafiə sahəsində bizim əsas tərəfdaşlarımıza çevrilib”, - deyə Papikyan bildirib.

S.Papikyanın sözlərinə görə, imzalanmış müqavilələr və aparılan islahatlar Ermənistanın silahlı qüvvələrinin keyfiyyətini əhəmiyyətli dərəcədə dəyişəcək.

 

Rizvan FIKRƏTOĞLU

XQ

Son xəbərlər