Leonid Kalaşnikov: “Əminəm ki, Azərbaycanda seçkilər demokratik, şəffaf və beynəlxalq standartlara uyğun keçiriləcək”

post-img

“Azərbaycanda fevralın 7-də keçiriləcək prezident seçkiləri onilliklər sonra öz suverenliyini tam bərpa etmiş ölkənin siyasi sisteminin demokratik vəziyyətinin əsas xüsusiyyətlərindən biri kimi qiymətləndirilə bilər”. Secki-2024.az saytı xəbər verir ki, bunu Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən Müstəqil Media Mərkəzinin əməkdaşına Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin başçısı Leonid Kalaşnikov deyib.

Leonid Kalaşnikov əlavə edib ki, Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində Rusiya Dövlət Dumasının nümayəndə heyətinə Dumanın MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Kazbek Taysayev rəhbərlik edəcək.

“Duma Şurası keçirildi və nümayəndə heyətinə hər fraksiyadan bir nümayəndə təyin edildi. Bütün nümayəndələr seçkilərin gedişini obyektiv qiymətləndirəcəklər. Əminəm ki, Azərbaycanda seçkilər demokratik, şəffaf və beynəlxalq standartlara uyğun keçiriləcək. Azərbaycan xalqına qarşıdan gələn prezident seçkilərində uğurlar, o cümlədən sülh, sabitlik və firavanlıq arzulayıram”, - deyə Leonid Kalaşnikov fikrini yekunlaşdırıb.

Son xəbərlər