Prokurorluq: Qaradağlı kənd sakininin mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə araşdırma aparılır

post-img

Fevralın 4-də saat 17 radələrində əvvəllər təmas xətti olmuş Tərtər rayonunun Qızıloba kənd ərazisində baş vermiş mina partlayışı nəticəsində ərazidə heyvan otaran 2001-ci il təvəllüdlü Tərtər rayonunun Qaradağlı kənd sakini Əliyev Həsənli Şahin oğlunun xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir, digər zəruri istintaq hərəkətləri aparılır.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma gedir.

Hadisə