Əməkdar mədəniyyət işçisi: “Fevralın 7-də keçiriləcək seçkilərdən sonra daha böyük uğurlara, nailiyyətlərə imza atacağıq”

post-img

“Azərbaycan bu gün dayanıqlı inkişafın rəmzidir, dünya birliyinə sağlam inteqrasiyanın təcəssümüdür. Burada milli mənəvi-mədəni dəyərlərinə diqqətli münasibət sayəsində ölkənin özünəməxsus fərdiliyi nəinki qorunub saxlanılır, hətta daha da güclənir”. Bunu secki-2024.az saytına açıqlamasında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq doktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Alla Bayramova deyib.

“Dövlətimizin seçdiyi inkişaf yolu mənə yeganə düzgün yol kimi görünür. Bu, həmin o yoldur ki, mənim doğma Azərbaycanım gündən-günə daha da çiçəklənir. Əminəm ki, fevralın 7-də keçiriləcək seçkilərdən sonra daha böyük uğurlara, nailiyyətlərə imza atacağıq”, - deyə Alla Bayramova bildirib.

Son xəbərlər