113 saylı Qax-Şəki seçki dairəsi üzrə 54 min 330 nəfər səsvermə hüququna malikdir

post-img

“113 saylı Qax-Şəki seçki dairəsi üzrə 54 min 330 seçici 72 seçki məntəqəsində səsvermə hüququndan istifadə edə biləcək. Bu seçicilərin 43 734 nəfəri Qax, 10 596 nəfəri isə Şəki inzibati ərazi vahidi üzrə qeydiyyatdadır. Qax qeydiyyatlı seçicilər müvafiq olaraq 59, Şəki üzrə qeydiyyatda olan seçicilərimiz isə 13 seçki məntəqəsində öz səsini verə biləcək”. Bunu secki-2024.az saytına açıqlamasında 113 saylı Qax-Şəki dairə seçki komissiyasinin (DSK) sədri Abdulkərim Əliyev deyib.

O bildirib ki, seçki dairəsi üzrə ilk dəfə səs verəcək gənclərin sayı 2 732 nəfərdir. Ən yaşlı seçiçinin isə 98 yaşı var: “Məntəqə seçki komissiyalarının üzvləri üçün müvafiq olaraq treninqlər təşkil edilib. Artıq bülletenler məntəqə seçki komissiyalarına təqdim olunub. Dairə üzrə 960 müşahidəçi qeydiyyatdan keçib. Qeydiyyatdan çıxma vərəqəsi alanların sayı isə 685 nəfər təşkil edir”. 

DSK sədri bildirib ki, seçki məntəqələrində bütün maarifləndirici plakatlar yerləşdirilib. Məntəqələr hər cür maddi-texniki təchizatla təmin edilib. 

Son xəbərlər