İlk dəfədir ki, bütün ərazilərimizdə seçkilər baş tutur

post-img

Bu gün Azərbaycan demokratik dəyərlər əsasında hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunu seçin və bu istiqamətdə inamla irəliləyən bir ölkəyə çevrilib. Vətən müharibəsində qazandığımız qələbə ölkədə yeni reallıqlar yaratdı. Vətən müharibəsində olduğu kimi, seçkilərdə də cəmiyyətin fəal olacağına şübhəm yoxdur.

Bu fikirləri “Müasir İnkişaf” İctimai Birliyinin sədri, “Yeni Media” Qrupun baş direktoru Mübariz Göyüşlü bildirib. 

O qeyd edib ki, seçkilərin düzgün, demokratik keçirilməsi üçün şərait yaradılıb və prosesi ciddi beynəlxalq təşkilatların ekspertləri də müşahidə edəcəklər. Əlbəttə, seçib-seçilmək hüququ da Azərbaycan vətəndaşlarına Konstitusuya ilə verilmiş bir hüquqdur. Qarşıdan gələn 7 fevral seçkilərində vətəndaşlarımız konstitusiyamızın onlara verdiyi imkanlardan maksimum yararlanacaqlar.  

M. Göyüşlü bildirib ki, seçkiöncəsi demokratik mühit də yüksək səviyyədədir.  Artıq seçkiyə sayılı günlər qalır. Seçki prosesinin uzunmüddətli monitorinqini həyata keçirən, sosioloji sorğular aparan həm yerli, həm də beynəlxalq təşkilatlar hesabatlarını açıqlayırlar. Təşviqat prosesinə seçicilərdə böyük maraq hiss olunur. İşğaldan azad edilmiş regionlarda keçiriləcək seçkilərin də əhalidə yaranan maraqda payı böyükdür. Çünki müstəqilliyimiz bərpa olunandan sonra ilk dəfədir ki, bütün ərazilərimizdə seçkilər baş tutur. Bu çox önəmli tarixi hadisədir. 

Anar ƏLİ,
XQ

Son xəbərlər