İlk dəfə səs verəcək gənc seçici: “Bütün gəncləri seçkilərdə fəal olmağa çağırıram”

post-img

“Hesab edirəm ki, seçkilərdə fəal iştirak bütün seçicilərin, xüsusən də gənclərin vətəndaşlıq borcudur. Axı seçkilər ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunun sürətlənməsinə kömək edir və nəticədə ölkəmiz daha sürətlə inkişaf edir”. Bunu secki-2024.az saytının əməkdaşına növbədənkənar prezident seçkilərində ilk dəfə iştirak edəcək Lənkəran Dövlət Universitetinin 2-ci kurs tələbəsi Cəlal Dadaşov deyib. 

O bildirib ki, son illər Azərbaycan təkcə regionda deyil, həm də dünyada güclü ölkə olmaq missiyasını öz üzərinə götürüb və bu mənada demokratik şəraitdə gedən hazırkı seçki prosesi və şəffaflıq böyük əhəmiyyət kəsb edir.

“Mən bütün gəncləri prezident seçkilərində fəal olmağa və layiqli namizədə səs verməyə çağırıram. Bu il ilk dəfədir ki, seçkilərdə səs verəcəyəm. İnanıram ki, daim inkişaf yolu ilə gedən Azərbaycan bu dəfə də öz sözünü deyəcək”, - deyə Cəlal Dadaşov vurğulayıb.

Son xəbərlər