Türk kosmonavtın Yerə qayıdışı təxirə düşüb

post-img

Türkiyəli astronavt Alper Gezeravcının da daxil olduğu “Axiom-3” heyəti ilə “Dragon” kosmik gəmisinin Yer kürəsinə qayıdışı Florida sahilindəki əlverişsiz hava şəraiti səbəbindən fevralın 5-nə qədər təxirə salınıb. Bu barədə “SpaceX” şirkətinin X sosial şəbəkəsində yerləşdirilmiş mesajında ​​deyilir. Məluamatı “anadolu” verib. 

"Dragon" kosmik gəmisi və Ax-3 ekipajı Florida sahillərində uyğun olmayan hava şəraiti səbəbindən fevralın 5-dək tərk etməyəcək, hesabatda deyilir.

Mütəxəssislər Beynəlxalq Kosmik Stansiyadan (BKS) yola düşmə planları ilə bağlı hava şəraitinin monitorinqini davam etdirəcəklər.

Kosmik gəmi yanvarın 18-də kosmosa uçmuşdu.

P.ƏMİRCANOV
XQ

Dünya