Xankəndidə ordu gənclərinin forumu

post-img

Xankəndi şəhərində Azərbaycan Ordusu gənclərinin forumu keçirilib. 

Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsini icra edən gene­ral-mayor Elçin Xəlilov Nazirliyin rəhbər­liyi adından forum iştirakçılarına uğurlar arzulayıb. 

Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva ordu gənclərinin dünyanı heyrətə gətirmiş şücaət və igidliklərindən böyük iftixar hissi ilə söz açıb. 

Döyüş və ictimai-siyasi hazırlıqda fərqlənən ordu gənclərindən bir qrupuna Fəxri Fərman və qiymətli hədiyyələr təq­dim olunub.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollek­tivinin ifa etdiyi vətənpərvərlik mahnı və rəqsləri forum iştirakçıları tərəfindən ma­raqla qarşılanıb.

XQ

Son xəbərlər