Azərbaycanda son bir ay ərzində (31 dekabr-31 yanvar) koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, həmin müddətdə infeksiyaya 325 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 217 nəfər sağalıb. Ay ərzində analiz cavabı müsbət çıxan 21 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 834 min 630 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 824 min 089 nəfər müalicə olunaraq sağalıb, hazırda 141 aktiv xəstə var. Bu günə qədər 10 min 400 nəfər vəfat edib.
Məlumata görə, son ay ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 min 333, bu günə qədər isə ümumilikdə 7 milyon 748 min 50 test icra olunub.
XQ