Dövlət qurumları İT rəhbərlərinin III toplantısı

post-img

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən “Dövlət Qurumlarının İT rəhbərlərinin III Zirvə Toplantısı” keçirilib.

Tədbirdə 73 dövlət qurumundan 100-dən artıq nümayəndə iştirak edib.

XRİTDX-nin rəis müavini, general–mayor Allahverən İsmayılov bildirib ki, tədbir dövlət qurumlarının informasiya təhlükəsizliyinin gücləndirilməsinə, xüsu­silə də kritik infrastrukturların təhlükəsiz­liyi məsələlərinin müzakirəsinə, eləcə də cari ilin fevralın 7-də Azərbaycanda keçi­riləcək növbədənkənar prezident seçkiləri dövründə dövlət informasiya sistemlərinin və ehtiyatlarının informasiya təhlükəsiz­liyinə təhdidlərin birgə qiymətləndirilmə­sinə həsr olunub.

Prezident Administrasiyasının Qey­ri-hökumət təşkilatları və Kommunikasiya şöbəsinin sektor müdiri Elmir Vəlizadə çıxışında bildirib ki, artıq üçüncü dəfədir belə bir sammit keçirilir. İnformasiya Təh­lükəsizliyi sahəsində bütün qurumların məsul şəxslərinin iştirakı ilə keçirilən belə tədbirlərin çox mühüm əhəmiyyəti var. O vurğulayıb ki, qarşıdan gələn prezident seçkiləri ilə bağlı informasiya təhlükəsiz­liyi sahəsində çalışan hər bir qurum özün­də mövcud olan informasiya sistemlərinin möhkəmliyini yüksək səviyyədə yoxlama­lıdır. 

XRİTDX-nin idarə rəisi Tural Məm­mədov çıxışı zamanı bildirib ki, dövlət qurumlarının informasiya təhlükəsizli­yini təmin etmək üçün təhlükəsiz şə­bəkə qurulub. Xidmət tərəfindən dövlət qurumlarının saytlarına 911 milyon 430 min zərərli keçidlər bloklanıb. Həmçinin 7 milyon 122 min 200 zərərverici də son istifadə hallarında bloklanıb. Onların bir qismi xüsusi hədəflənmiş zərərvericilər olub. Zərərli faylların analizi sistemi va­sitəsilə son 1 il ərzində 1 milyon 103 min 650 zərərli fayl aşkarlanıb. Son istifa­dəçilərin bu faylları endirib istifadəsinin qarşısı alınıb. 

XQ

Son xəbərlər