Parlamentlərarası İttifaqın Baş katibi Ağdamda

post-img

Ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq fevralın 2-də Ağdam şəhərinə səfər edib.

Parlamentlərarası İttifaqın Baş ka­tibini Milli Məclisin deputatı, Avropa İtti­faqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin həmsədri Cavanşir Feyziyev, BMT-nin Cenevrə şəhərindəki bölməsin­də və digər beynəlxalq təşkilatlar yanında Azərbaycanın daimi nümayəndəsi Qalib İsrafilov müşayiət ediblər.

Baş katibə Ermənistan silahlı qüv­vələrinin Ağdamda törətdiyi vəhşiliklər, mədəni, tarixi, dini abidələrimizi məhv et­mələri və şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin burada hə­yata keçirdiyi tikinti-quruculuq işləri barə­də məlumat verilib.

XQ

Son xəbərlər