“İlin gənc alimi”

post-img

Gənclər Günü ərəfəsində AMEA-nın Ədəbiyyat İnstitutunun doktorantı Günel Əhmədova “İlin gənc alimi” mükafatı ilə təltif olunub.

İnstitutdan XQ-yə bildirilib ki, Günel Əhmədova bu mükafata AMEA-nın ic­timai və elmi həyatında fəal iştirakına görə layiq görülüb. Günel Əhmədova 1 kitab və 30-dan çox elmi məqalə­nin, konfrans materialının müəllifidir. O, ölkəmizdə və xaricdə bir çox elmi konfranslarda iştirak edib, nüfuzlu elmi jurnallarda məqalələri çap olunub. Dok­torantın elmi rəhbəri filologiya elmləri doktoru, professor Tahirə Məmməddir. Günel Əhmədova “Azərbaycan ədəbiy­yatında felyeton janrının təşəkkülü və ti­pologiyası” adlı dissertasiya işi üzərində işləyir və yekunlaşdırmaq üzrədir.

XQ

Son xəbərlər