Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

post-img

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində seçki məntəqələrində veb-kameraların quraşdırılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

Azərbaycan Respublikası Seçki Məcəl­ləsinin (bundan sonra – Seçki Məcəlləsi) 40.1-ci maddəsinə görə seçki komissiyaları­nın fəaliyyəti seçicilər üçün şəffaf olmalıdır. 

Səsvermənin gedişinin əvvəldən axıradək fasiləsiz olaraq internet vasitəsilə real vaxt re­jimində internet istifadəçiləri tərəfindən mü­şahidə edilməsi, seçicilərə səsvermə üçün zə­ruri şərait yaradılması, seçicilər səs verdikdən sonra seçki bülletenlərinin seçki qutusuna sa­lınması, eyni zamanda məntəqə seçki komis­siyalarının üzvləri tərəfindən seçki sənədləri ilə işin aparılması, səslərin hesablanması, səs­vermənin nəticələrinin müəyyənləşdirilərək rəsmiləşdirilməsi proseslərinin izlənilməsi, beləliklə, aşkarlığın və şəffaflığın daha geniş miqyasda təmin edilməsi məqsədilə bütün di­gər vasitələrlə yanaşı, 2008-ci ildən etibarən ölkədə keçirilən seçki və referendumlarda 500 seçki məntəqəsində, sonradan isə 1000 seçki məntəqəsində veb-kameralar quraşdı­rılmışdır. Ölkəmizdə seçkilərin gedişini izlə­miş çoxsaylı yerli və beynəlxalq subyektlər, habelə seçki mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilmiş bu mütərəqqi təcrübəni öy­rənməklə bir sıra xarici dövlətlər də öz seçki praktikalarında oxşar səpkili layihələrin tət­biqi ilə bağlı addımlar atmışlar.

Seçki günü ictimaiyyətin səsvermənin ge­dişini veb-kameralar vasitəsilə izləməsi yolu ilə də aşkarlığın təmin edilməsi və bu pro­sesin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra – Mərkəzi Seçki Komissiyası) özündə ümumi qaydaları ehtiva edən “Seçki məntəqələrində veb-kameraların quraşdırıl­ması və istifadəsi Qaydaları”nı işləyib hazır­layaraq qəbul etmişdir.

Yuxarıda qeyd edilənləri, həmçinin seçki günü proseslərində şəffaflığın daha da artırıl­masına bilavasitə xidmət göstərən bu uğurlu təcrübəni nəzərə alaraq, 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbay­can Respublikası Prezidenti seçkilərində də səsvermə prosesinin veb-kameralar vasitəsilə keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin edilməsi üçün zəruri olan texniki və digər şərtlər çərçivəsində respublika üzrə 119 seçki dairəsi üzrə 1000 (bir min) seçki məntəqəsində veb-kameralar quraşdırılmalı və həmin seçki məntəqələrinin siyahısı dərc olunmalıdır.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.16-cı, 28.2-ci, 28.4-cü, 40.1-ci və 110-cu maddələrinə, Mərkəzi Seçki Komissiyasının “Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsi Qaydaları”nın 1.1-ci və 2.2-ci bəndlərinə uy­ğun olaraq qərara alır:

1. 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində səsvermə günü seçki məntəqələrində səsvermə prosesinin, səsver­mənin yekunlarının müəyyənləşdirilməsinin və səsvermənin nəticələri haqqında proto­kolun doldurulmasının əvvəldən axıradək fasiləsiz izlənilməsi məqsədilə 119 seçki da­irəsi üzrə 1000 (bir min) seçki məntəqəsində veb-kamera quraşdırılsın.

2. Veb-kameraların quraşdırılması üçün zəruri olan texniki və digər şərtlərin təmin olunması ilə əlaqədar müvafiq tədbirlər gö­rülərək başa çatdırılsın.

3. Veb-kamera quraşdırılmış seçki məntəqələrinin siyahısı dərc olunsun (siyahı əlavə edilir).

4. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov

Son xəbərlər