MN zabitinin ölümü ilə bağlı cinayət işi açılıb

post-img

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Abdullayev Amil Hümbət oğlunun ölüm faktı barədə Füzuli hərbi prokurorluğuna məlumat daxil olub.

Bu barədə Hərbi Prokurorluğun mət­buat xidmətindən bildirilib.

Qeyd edilib ki, fakt üzrə Füzuli Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılıb. Füzuli Hərbi Prokurorluğunun və Azər­baycan Respublikası Hərbi Prokuror­luğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. İş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, şahidlər dindirilib, müvafiq ekspertiza­lar təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

İlkin istintaqla ordumuzun zabiti A.Ab­dullayevin digər zabit Abdullayev Nizami Eynulla oğlu tərəfindən aralarında ya­ranmış mübahisə zəmnində qəsdən öl­dürülməsinə əsaslı şübhələr müəyyən olunduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq davam edir. 

XQ

Son xəbərlər