Azərbaycan–Türkiyə energetika əməkdaşlığı

post-img

İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf ölkəmizdə səfərdə olan Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla görüşüblər.

Görüşdə iqtisadiyyat naziri ölkələri­miz arasında səmərəli enerji tərəfdaşlı­ğını, birgə reallaşdırılan layihələrin regi­onal inkişafa, stabilliyə və təhlükəsizliyə, Azərbaycan və Türkiyənin strateji maraq­larının təmin olunmasına xidmət etdiyini vurğulayıb. Bu xüsusda SOCAR-ın Tür­kiyədəki çoxşaxəli fəaliyyəti məmnunluq­la qeyd olunub. 

Türkiyənin energetika və təbii sərvət­lər naziri Alparslan Bayraktar enerji tərəf­daşlığının yeni qlobal trendlərə uyğun şəkildə inkişaf etdirilməsi barədə fikirlə­rini bölüşüb. Qeyd olunub ki, bu il Azər­baycanda təşkil olunacaq COP29 tədbiri də alternativ enerji və digər sahələrdə müzakirələrin aparılmasına və əmək­daşlıq üçün yeni imkanların açılmasına təkan verəcək. 

XQ

Son xəbərlər