QHT-lərimiz Amuldağ qızıl yatağında monitorinq aparmağa hazırdır

post-img

“Environmental Protection First” Milli Koalisiyası Amuldağ qızıl yatağında monitorinq aparmağa hazır olmasına dair bəyanat yayıb.

Sənəddə deyilir ki, bu qurum Ermə­nistan vətəndaş cəmiyyəti təşkilatları­nın Amuldağ qızıl yatağında ətraf mü­hitə ziyan vuran dağ-mədən sənayesi işlərinin dayandırılmasına dair etiraz bəyanatını dəstəkləyir: “Biz Ermənis­tandan olan həmkarlarımıza səsimizə səs verdikləri üçün təşəkkür edirik. Bu həmrəyliyin nəticəsidir ki, bu yaxınlar­da Arazdəyəndə də başlanılması plan­laşdırılan işlər dayandırıldı. Ermənis­tanda 100-dən çox vətəndaş cəmiyyəti təşkilatı və eko-fəalın qeyd etdiyi kimi, “Amulsar qızıl yatağı” layihəsi bio­müxtəlifliyə və su ehtiyatlarına təhlükə törədir. Ermənistan hökuməti və “Lydi­an Armenia” şirkəti yatağın ətraf mühitə təsirinin qiymətləndirilməsinin nəticələ­rini nəzərə almayıb”. 

Bəyanatda daha sonra qeyd edilir ki, beynəlxalq qurumlar tərəfindən də fəaliy­yətinə dəfələrlə etiraz edilmiş, əleyhinə qərarlar qəbul edilmiş Amuldağ qızıl ya­tağının istismarı nəticəsində formalaşan ağır metal tərkibli mədən tullantıları Bər­güşad çayına axıdılaraq Həkəri çayı va­sitəsilə Araz çayını çirkləndirir: “Amuldağ qızıl yatağının bu cür istismarı Qafqaz dağları ilə əhatə olunmuş region və onun əhalisi üçün ciddi təhdiddir. Amuldağ ya­tağı təbii mineral su yatağı olan İstisu şəhərindən 13 kilometr məsafədə yerlə­şir, yatağın istismarı İstisu mineral bulaq­larına məhvedici zərər vurur”.

XQ

Son xəbərlər