Üç ərazidə yanğın baş verib

post-img

Ötən gün ərzində ölkədə bir neçə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin bölmələri hadisələrin qarşısını alıb. 

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 90 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 57 m² sahədə yanıb. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Bakının Sabunçu rayonunda bir dam altında tikilən iki ailənin yaşadığı ümumi sahəsi 100 m² olan evlərdən sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb. 

Füzuli rayonunun Birinci Zobucuq qəsəbəsində də belə bir hadisə olub. Ümumi sahəsi 90 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və bitişik sahəsi 40 m² olan talvarın yanar konstruksiyaları 10 m² sahədə yanıb. 

Bütün hallarda yanğın söndürülüb.  

P.ƏMİRCANOV

XQ

Son xəbərlər