Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

post-img

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi qeydə alınmış Fuad Ağasi oğlu Əliyevin vəkil edilmiş şəxslərinin qeydə alınması haqqında

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi qeydə alınmış Fuad Ağasi oğlu Əliyev vəkil edil­miş şəxslər təyin etmiş və onların qeydə alınması üçün müvafiq sənədləri Azərbay­can Respublikası Mərkəzi Seçki Komis­siyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim etmişdir. 

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra – Seçki Mə­cəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, hə­min şəxslərin qeydə alınması üçün əsas­ların olmasını müəyyən etmişdir.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək Seçki Mə­cəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 72-ci və 186-cı maddələrinə əsasən qərara alır: 

1. 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində aşağıdakı şəxslərFuad Ağasi oğlu Əliyevin vəkil edilmiş şəxsləri kimi qeydə alınsınlar:

- Əhməd Fazil oğlu Rəhmanov;

- Habil Kərəm oğlu Rəhimov;

- Azər Xanlar oğlu Əsədzadə;

- İlham Əbdülkərim oğlu Quliyev.

2. Bu Qərar dərc edildiyi gündən qüv­vəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova 

Katib Mikayıl Rəhimov

Son xəbərlər