Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

post-img

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində səsvermə günü Sosioloji Tədqiqatlar Mərkəzinin “exit-poll” keçirəcək qurum kimi qeydə alınması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

Sosioloji Tədqiqatlar Mərkəzi Azər­baycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkə­zi Seçki Komissiyası) müraciət edərək, 2024-cü il fevralın 7-nə təyin edilmiş növ­bədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində səsvermə günü “exit-poll” keçirmək niyyətində olduğunu bildirmiş və bu məqsədlə qeydə alınması­nı xahiş etmişdir.

Müraciət akkreditasiya üçün zəruri olan sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş, Komissiya “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkredita­siyası Qaydaları”nda nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparmış, həmin təşkilatın səsvermə günü “exit-poll” keçirəcək qurum kimi qeydə alınması üçün hüquqi əsasların olmasını müəyyən etmişdir.

Beləliklə, Sosioloji Tədqiqatlar Mərkə­zinin akkreditasiyadan keçmək barədə müraciəti təmin olunmalı, səsvermə günü “exit-poll” keçirəcək qurum kimi qeydə alınmalıdır.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbay­can Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.23-cü, 28.2-ci, 28.4-cü maddələrinə və “Azərbaycan Respublika­sında seçkilərdə “exit-poll” keçirən təşki­latların akkreditasiyası Qaydaları”nın 2.3-cü bəndinə əsasən qərara alır: 

1. Sosioloji Tədqiqatlar Mərkəzinin müraciəti təmin edilsin və 2024-cü il fev­ralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seç­kilərində səsvermə günü “exit-poll” ke­çirəcək qurum kimi qeydə alınsın.

2. Bu Qərar dərc edildiyi gündən qüv­vəyə minir. 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova 

Katib Mikayıl Rəhimov

Son xəbərlər