78 QHT səsverməni müşahidə edəcək

post-img

Prezident seçkilərini rekord sayda QHT təmsilçisi müşahidə edəcək. Azərbay­canda fəaliyyət göstərən QHT-ləri, vətəndaş cəmiyyəti institutlarını, ictimai birlikləri təmsil edən 6045 nəfərə fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini izləmək üçün müşahidəçilik vəsiqəsi təqdim olunub. Bu da 2018-ci ildə keçirilmiş prezident seçkiləri ilə müqayisədə təxminən 4 dəfə çoxdur.

Fevralın 7-də keçiriləcək prezident seçkilərinin şəffaflığının təmin edilməsin­də qeyri-hökumət təşkilatları yaxından iştirak edir, onların seçki müşahidəçisi kimi müraciətlərində yüksək fəallıq qeydə alınıb. 

Müşahidə prosesinə qoşulacaq QHT-lərin sayında da rekord göstərici qeydə alınıb. Belə ki, hazırkı prezident seçkilərinin birbaşa izlənilməsinə qatı­lan bu kateqoriyadan olan müşahidəçilər ümumilikdə 78 QHT-ni əhatə edir.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər