Naxçıvanda prezident seçkilərinə hazırlıq yüksək səviyyədədir

post-img

Növbədənkənar prezident seçkilərinə sayılı günlər qalıb. Seçkilərə hazırlıq prosesi Naxçıvanda da yüksək səviyyədədir. 4 saylı Naxçıvan şəhər Dairə Seki Komissiyasının sədri Çingiz Həsənli deyib ki, seçki məntəqələrində seçicilərin rahat, sərbəst, şəffaf şəraitdə səs vermələri, müşahidələrin aparılması üçün hər cür şərait yaradılıb. Məntəqələrdə müşahidə kameraları yerləşdirilib ki, bu ka­meralar vasitəsilə seçki prosesini canlı izləmək mümkündür.

Hazırda Naxçıvan şəhərində 42 məntəqə fəaliyyət göstərir. Bütün məntəqələrdə daimi seçici siyahıları ası­lıb. Builki seçkilərdə 45 min 945 nəfər seçici səs verəcək. Hazırda seçicilərə bildirişlər paylanılır. Seçki məntəqələrinin yaxınlığında prezidentliyə namizədlərin təşviqat-təbliğat plakatlarının asılması üçün xüsusi lövhələr quraşdırılıb. Həmin lövhələrdə prezidentliyə namizədlərin təşviqatları heç bir narazılıq və insident olmadan Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə aparılır. Şəffaflığın tə­min edilməsi məqsədilə seçki dairəsinin ərazisində əlavə olaraq 4 veb-kame­ra quraşdırılıb. Bununla yanaşı, hər bir məntəqəyə barmaqların gözlə görün­məyən mürəkkəblə işarələnməsi üçün ləvazimatlar, digər zəruri avadanlıqlar və metodiki vəsaitlər paylanılıb.

DSK sədri dedi ki, seçki günü elektrik enerjisində yarana biləcək hər hansı prob­lem seçkilərin gedişinə təsir etməyəcək. Çünki bütün məntəqələr generatorlarla təmin olunub. Generatorlar bir neçə dəfə yoxlanılıb və hamısı saz vəziyyətdədir. Hər bir məntəqədə yerli və xarici müşahi­dəçilər üçün seçki prosesini rahat izləyə biləcək əlverişli yer ayrılıb.

Ümumilikdə, aparılan işlərə nəzər sal­dıqda əminliklə demək olar ki, seçkilərin azad, demokratik və şəffaf keçirilməsi tam təmin olunacaq.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər